|
DENOMİNASİYA; MÜXTƏLİF ÖLKƏ
TƏCRÜBƏLƏRİ VƏ AZƏRBAYCAN
Dr.
Osman Nuri ARAS
Nəsimi
Kamalaov
Qafqaz
University
Giriş
Yüksək inflyasiyanın mövcud olduğu bir çox ölkə ya əvvəlcədən qiymətlərin
artma sürətini sərt pul siyasətləri ilə azaldaraq inflyasiyaya qarşı
müvəffəqiyyət qazandıqdan sonra, ya da anti-inflyasiya siyasətləri ilə
birlikdə pul vahidlərini yeniləmiş və milli valyutalarından sıfırları
atmışlar.
Dünyada öz milli valyutasından fərqli sayıda sıfır atan 50 ölkə içərsində ən
böyük rekord 12 sıfır ilə Almaniyaya aitdir. Pulundan ən çox sıfır atan
ölkələr arasında ikinci yerdə isə əvvəlcə 9 sıfır və bir il sonra da 6 sıfır
atmış Yugaslaviya gəlməkdədir. Pulundan 6 sıfır atan digər ölkələr isə
Angola, Bolivya, Demokratik Kongo, Gürcüstan, Peru və Türkiyə olmuşdur.
Bu məqalədə əvvəlcə bəzi ölkələrdəki denominasiya proseslərinə toxunulacaq,
ardından onların hamısı üçün xarakterik olan müəyyən ümumi nəticələr
çıxarılmağa çalışılacaqdır. Sonrakı mərhələdə isə, fərqli ölkələrdə həyata
keçirilən denominasiyalardan çıxarılan ortaq nəticələr ilə Azərbaycanda
aparılması planlaşdırılan denominasiya islahatı üzərində durulacaqdır.
Nəticə və Təkliflər
Azərbaycanda son 10 ildə həyata keçirilən islahatlar və tətbiq edilən doğru
iqtisadi saiyasətlər nəticəsində əldə edilən makro-iqtisadi sabitlik, yüksək
iqtisadi inkişaf səviyyəsi, aşağı səviyyədə seyr edcək şəkildə nəzarət
altına alınan inflyasiya, Manatın valyuta məzənnəsində təmin edilən sabitlik
və xalqın həyat standartında yaxşılaşmalar reallaşmışdır. Ancaq 1990-lı
illərin birinci yarısında ölkədə yaşanan hiper-inflyasiya və devalvasiya ilə
ölkədaxili və ölkəxarici dəyərini və etibarını itirən bir milli pul vahidi
tədavüldədir.
İqtisadiyyatda əldə edilən məhsuldarlıq və 2006-cı ildən etibarən neft
ixracında gözlənilən əhəmiyyətli artım ilə iqtisadiyyatın inkişaf prosesində
əhəmiyyətli bir təcil qazanacağı diqqətə alınaraq, pul islahatının həyata
keçirilməsi arzu edilməkdədir.
Pul mübadilə funksiyası bəsit bir əməliyyat kimi görünməklə birlikdə,
xüsusilə muhasibat, ödəmə sistemləri və informasiya proqramları baxımından
hər tərəfli və təfərrüatlı araşdırmaların aparılması zəruridir.
Bu cür bir tətbiqat stabillik proqramının bir parçası olaraq
düşünülməməkdədir. Pul islahatı, həyata keçirilən digər islahatlar və
iqtisadi siyasətlər ilə ölkədə təmin edilən makro-iqtisadi sabitlik
şəraitində reallaşdırılan stabillik və inkişaf proqramlarını dəsdəkləyici
xüsusiyyətdədir.
Yeni Manatın beynəlxalq bazarlarda stabil və dəyərli bir pul vahidi
olmasının təməl şərti ölkə iqtisadiyyatının güclü və istiqrarlı bir
struktura sahip olmasıdır. Ölkədə var olan iqtisadi sabitliyin davam
etdirilməsi, valyuta məzənnələrində spekülyativ valyuta tələbinə bağlı
olaraq ortaya çıxa biləcək dalğalanmaları önləyəcək və pul vahidinin yığım
vasitəsi olma funksiyasını gücləndirərək, yerli pula olan tələbi artıran bir
ünsür olacaqdır.
Yeni Manata keçid mərhələsində, pərakəndəçilərin ehtimal edilən məsrəfləri
istehlakçılara yükləməsi və Qəpiklə əlaqədar yanımalardan yararlanmaq
məqsədi ilə qiymət yuvarlaqlaşdırmalarına gedilməsinə bağlı olaraq
inflyasiya üzərində ortaya çıxacaq təsirin məhdud nisbətdə qalması üçün
qanuni tədbirlərin zamanında alınması lazımdır.
Keçid dövründə ortaya çıxa biləcək problemlərin ən aza endirilməsi üçün
gərəkli texniki hazırlıqların tamamlanması böyük əhəmiyyət qaşımaqdadır. Pul
vahidi dəyişikliyi ilə əlaqədar araşdırmalar ətraflı və planlı bir şəkildə
dövlət qurumları arasında əməkdaşlıq içərisində aparılmalıdır. Hazırlıq
mərhələsində hər qurum öz sahəsinə aid mövzularda texniki hazırlıqları davam
etdirməli, ehtiyac duyulan təşkilati və hüquqi tənzimləmələri aparmalıdır.
İctimaiyyəti yeni Manata keçid mövzusunda məlumatlandırmaq və keçid
mərhələsində ortaya çıxa biləcək yanılmaların önünə keçə bilmək məqsədi ilə
cəmiyyətin bütün təbəqələrini əhatə edən, məlumatlandırma kompanyası
başlanılmalıdır. Yeni Manata hazırlıq və məlumatlandırma fəaliyyətləri, yeni
banknot və metal pulların fiziki görünüşlərinin və etibarlılık
xüsusiyyətlərinin tanıdılması, etiketlərdə ikili qiymət tətbiqatı
istiqamətində məlumatlandırma fəaliyyətləri, günlük istifadəyə yönəlik
praktiki məlumatların verilməsi kimi yeni Manatın istifadə vərdişlərinin
qazanılması istiqamətində fəaliyyətlər aparılmalıdır.
Yeni Manat cinsindən aparılan əməliyyatların nəticələrində və ödəmə
mərhələlərində bir Qəpikdən aşağı məbləğləri ödəməyə imkan verəcək metal
pulun olmaması səbəbiylə, yarım yeni Qəpik və ondan yuxarı dəyərlərin bir
Qəpiyə tamamlanması, yarım Qəpikdən aşağı məbləğlərdəki dəyərlərin diqqətə
alınmaması istiqamətində tənzimləməyə də ehtiyac duyulmaqdadır.
Səbəb ola biləcəyi problemlər və yol aça biləcəyi məsrəflər ilə gətirəcəyi
müsbət dəyişikliklər qarşılaşdırıldığında, hər nə qədər pul islahatının
Azərbaycan üçün Türkiyədəki qədər texniki məcburiyyət halı aldığı söylənməsə
də, pul islahatının faydaları üstünlük təşkil etməkdədir. Yenə də lazımi bir
şəkildə tətbiq olunmadığı təqdirdə ortaya çıxacaq məsrəflər diqqətə
alınmalıdır. Bu səbəblə digər ölkə təcrübələrinin də bir daha diqqətlə
analizinə ehtiyac vardır.
Ədəbiyyat
A. Əhmədova, “Denominasiyadan Qazanmaq İstəyənlər Cəzalandırılacaq”,
http://www.ayna.az/new/ayna/arcview.php?dayar=16&month=2&year=2005&category=3,
(22.03.2005)
Ayhan Karaca, “Azərbaycan’da Ekonomik Dönüşüm Süreci ve Reformların 10
Yılı”, http://www.foreigntrade.gov.tr/ead/DTDERGI/ocakozel2002/ayhan.htm.
(13.03.2003)
Azər Mehdiyev, “Milli Valyuta Siyasi Spekulyasiya Vasitəsi Olmamalıdır”,
http://www.mediaforum.az/articles.php?article_id=20050223044059225&page=07&lang=az,
(22.03.2005)
Birol Erkan, “Türkiye’de Paradan Sıfır Atılması ve Yeni Türk Lirasına Geçiş
Çalışmaları”, http://www.ceterisparibus.net/turkiye/guncel.htm (15.03.2005)
C. Şərifov, “Azərbaycanda Valyuta Bazarının Müasir Vəziyyəti və Onun İnkişaf
Prespektivləri”, Azərbaycan 21. Əsrin Astanasında, Azərbaycan Elmlər
Akademiyası Nəşriyyatı, Bakı, 1998, ss.551-552.
Emin Hüseynzadə, “Azərbaycan Bankları Gələcək Denominasiya Zamanı Problemlər
Yarana Biləcək Texniki Problemlərin Həlli Üçün İşçi Qrup Yaradıblar”,
http://www.azadses.org/programs/iqtisadiyyat/az/2005/03/FB1AE83C-35B2-404A-8C74-23BA4DB3CC88.asp
(22.03.2005).
İ. Abbasov, “Yanvarın 1-dən Manat Denominasiya Ediləcək”,
http://www.ayna.az/new/ayna/arcview.php?dayar=8&month=2&year=2005&category=8;
http://www.xeber.net/view.php?d=44983 (22.03.2005).
İnqilab Əhmədov, “İqtisadi İslahatlarda Pul-Kredit Siyasətinin Rolu”,
Məşvəerət Bülleteni, No:7(43), Oktyabr-2001, ss.43-44.
İrfan Kalaycı, “TL’den Sıfır Atma Operasyonu”, Banka ve Ekonomik Yorumlar,
Y:37, S:7, İyul 2000, ss.4-11.
Mehmet Günal, “Türk Lirası’ndan Sıfır Atılması ve Yeni Lira Uygulaması”,
İktisat İşletme Finans, Mali ve Ekonomik Sorunlara Yönelik Aylık Yayın,
Y:15, No:171, İyun-2000, ss.86-89.
M. İlker Parasız, Kriz Ekonomisi, Ezgi Kitabevi Yayınları, Bursa, 1996.
Nəsimi Kamalov, “1990-2000 Yılları Arasında Azərbaycan’da Enflasyon”,
Journal of Qafqaz University, Number 6, Baku, Fall-2000, ss.67-72.
Osman Nuri Aras , “Azərbaycan İqtisadıyyatında Ehtimal Olunan Problem: Pul
Əvəzi”, Azərbaycan İqtisadiyyatında Strateji Problemleri adlı Konfrans
Materialları, Bakı, 14-15 Mart 2002, ss.315-318.
Osman Nuri Aras , Azerbaycan Ekonomisi Makroekonomik ve Sektörel Analiz,
Kafkasya Araştırmalar Merkezi Yayınları, Bakü, 2003.
Osman Nuri Aras , Para Talebi Para İkamesi ve Finansal Gelişme, Qafqaz
Üniversitesi Yayınları, Bakü, 2000.
Qubad İbadoğlu, “Denominasiya İnflyasiyaya Gətirib Çıxarmaya Bilər”, 525.nci
Qəzet, 15.02.2005.
Rəşadət Axundov, “Manatın Denominasiyası Necə Nəticələnə Bilər?”,
http://www.iqtisad.net/qonaqyazar/ra001.htm;http://www.kitab.az/cgi-bin/catlib2/item.cgi?lang=az&item=20050228121518543#top.
(22.03.2005)
Salih Barışık, “Türkiye’de Yeni Türk Lirasına Geçiş Çalışmaları”, İşveren,
C:42, S:3, Aralık-2003, s. 31.
Ülviyyə Əsədzadə, “Azərbaycan Manatı Bugün Daha Çox Xırda Ticarətdə İstifadə
Olunur”, 525.nci Qəzet, 19.02.2005.
Ülviyyə Əsədzadə, “Yeni Manatın Dizaynını Avronu Hazırlayan Mütəxəssis
Verib”, 525.nci Qəzet, No:26 (1883), 10. 02.2005.
Ülviyyə Əsədzadə, “Denominasiya Azərbaycan Üçün Tez İdi?”, 525.nci Qəzet,
09.02.2005. http://www.525ci.com/2005/02/09/anons.php?m=4, (22.03.2005)
Zafer Çağlayan, “Düşen Enflasyon Ortamında Yaşamak”, Asomedya, Fevral-2004.
Zeliha Aslan, “TL’yi Sıfırlardan Kurtarma Zamanı”, İtovizyon, Y:1, S:10,
Noyabr 2003, ss.24-27.
Zuhal Kızılot, “Yeni Türk Lirası Operasyonu”, Hürses, 13 Oktyabr 2004, s.5.
Azərbaycan Milli Bank Nəşriyyatı.
Azərbaycan Dövlət StatistikA KomitƏsi (ARDSK) Nəşriyyatı.
‘Azərbaycan Respublikasında Pul Nişanlarının Nominal Dəyərinin və Qiymətlər
Miqyasının Dəyişdirilməsi (Denominasiyası) Haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı’, 7 Fevral 2005. Bax:
http://www.nba.az/az/denom/president.shtml. (23.03.2005)
“Denominasiya İlə Bağlı İşçi Qrupu Yaradılır”,
http://www.ucnoqta.com/2005/03/08/anons.php?m=11, (22.03.2005).
“Denominasiya İnflasiya İlə Nəticələnməyəcək”,
http://www.bankstandard.com/archive.php?language=2&cat=5, (22.03.2005)
“Denominasiya Zərurətdən Doğub, Yaxud İslahat Naminə İslahat?”,
http://www.baku-xeber.com/analiz.htm;
http://club.vstre4a.de/viewtopic1700_200.html(22.03.2005).
“Dövriyyəyə Yeni Əskinaslar Buraxılacaq”,
http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/212/xeber.html,
(22.03.2005)
“Ekspertin Fikrincə, Denominasiyada Əsas Məqsəd Dövrəyyəyə Heydər Əliyevin
Şəkli Olan Pulları Buraxmaqdır”,
http://www.mediaforum.az/articles.php?article_id=20050208054236012&page=07&lang=az(22.03.2005).
“Sıfırları Silmək Qorxusu”,
http://www.express.com.az/second.asp?id=18087(22.03.2005).
“Yeni Denominasiya Edilmiş Azərbaycan Manatının Hazırlanması Üzrə Sifariş
Aprelin Birinci Yarısında Veriləcək”,
http://www.azerigazbank.com/azr/archive.php?nt=2&id=2155, (22.03.2005).
|